Prof. Dr. İbrahim Öztek

Arşiv Haberler - 29-10-2021 00:00

GÜNDOĞUMU - GÜMÜŞHANE HABER

Tıp alanında yaptığı başarılarla adından söz ettiren, pek çok makale de imzası bulunan aynı zamanda pek çok alanda etkin çalışmalarıyla bilinen Anadolu Aydınlar Ocağı Genel Başkanı Prof. Dr. İbrahim Öztek'in Cumhuriyetin 98. yıl coşkusuna ortak olduğu ''Cumhuriyet, Atatürk’ün Türk Milletine Bahşettiği En Büyük Hazinedir'' başlıklı yazısı Azerbaycan ulusal basınında da yer aldı. Makaleyi yayımlayan gazete, Harbi And adıyla ülkede silahlı kuvvetlerine ait başlıkla yayın yapıyor. Makale, gazete tarafından Azerbaycan Türkçesine çevrilerek yayımlandı.

İşte, o yazı ....

Cümhuriyyət Atatürkün Türk Millətinə Bağışladığı Ən Böyük Xəzinədir
Prof. Dr. İbrahim Öztek

Ulu Öndər Qazi Mustafa Kamal Atatürk 29 oktyabr 1923-cü ildə dünyanın ən böyük qlobal güclərini diz çökdürdükdən sonra Cümhuriyyəti elan edərkən, “Mənim ən böyük işim cümhuriyyətdir. Cümhuriyyət – Türk millətinin xarakterinə, adət-ənənəsinə ən uyğun olan idarəçilikdir” deyib.

*

Dünən olduğu kimi, Cümhuriyyət türk millətinin bu günü və gələcəyi üçün ən böyük xəzinəsidir. Bu xəzinə qorunduqca türk milləti daim uca olacaq.

*

Qazi Mustafa Kamal Atatürk bizə hər cəhətdən mükəmməl bir ölkə qoyub getdi. Təyyarə düzəldib ixrac edən, yüngüldən ağıra böyük bir sənayesi olan, Qərbin böhranlı günlərində xalqını rifaha çatdıran, keçmişin bütün borclarını ödəmiş, güclü bir ordu, təhsilli bir gənclik yetişdirən və sivilizasiya üfüqündə günəş kimi doğan bir ölkə qurdu.

*

Bu ölkə – Bu gün də coğrafi və strateji mövqeyi, yerüstü və yeraltı sərvətləri ilə hegemon dövlətlərin hədəfindədir.

*

Türkiyə alt-üst kimliyi, multukulturalizmi, etnik və azlıq oyunları bir kənara atıb gerçək kimliyini ortaya qoymalıdır.

*

Türkiyəni öz tarixindən, ordusundan, adət-ənənəsindən ayrılmaq istəyirlər.
Çünki Türkiyə yeni dünya düzənində Qafqazın, Yaxın Şərqin və Mərkəzi Asiyanın açarıdır. Çünki birlik və bərabərlik içində olacaq 80-100 milyon əhalisi olan inkişaf etmiş Türkiyə Qərbin kabusudur.

*

Demokratiya və insan haqları hay-küyünə sığınaraq Türkiyəyə qarşı bütün zorakılıqlar – on min illik mədəniyyətimizə multikulturalizm adı ilə yamaq salmağa çalışan qondarma mədəniyyətlər, üst alt deye identiklik axtarışı, uydurulmuş etnoslar, mötədil sivilizasiyaların dialoqu gözəl yurdumuzu parçalamaq istəyən dövlətlərin yeni layihələridir.

*

Məqsəd Türkiyəni tarixindən, ordusundan, adət-ənənələrindən, əcdadlarından qoparmaqdır. Türk uşağının əcdadını tanıması və daha böyük işlər görmək əzminin qarşısı alınmaqdadır.
Ən müqəddəs dəyərlərimiz, sevimli vətənimiz hər zamankından daha çox xain hücuma məruz qalmaqdadır
.

*

Bu gün ölkəni idarə edənlər güclü, qətiyyətli, cəsur və namuslu rəftarları ilə yüksək manevr qabiliyyəti, rasional, aktiv və oyunbazlıqla hazırlanmış məkrli plana qarşı daynırlar.

*

Bizim üçün bu cənnət vətəndən başqa vətən yoxdur. Bu cənnət torpağı cəhənnəmə çevirənlərə fürsət verilməyəcək.

*

Bu dövlətin və ölkənin nemətlərindən bəhrələnən hər bir fərd – millətin birliyinə, ay-ulduzlu bayrağın şanına, demokratiyanın və ədalətin aliliyinə, dünyəvilik prinsiplərinə inanaraq, azad düşüncəli, vicdanlı, müdrik vətəndaşlar kimi Türk istiqlalını və Atanın əmanəti olan Cümhuriyyəti əbədi olaraq qorumalı olduğunu heç vaxt unutmamalıdırlar.

*

Strateji əməkdaşlığın mənasını yaxşı bilsək, strateji tərəfdaşlarımızın bizi məhv etmək planlarının olduğunu unutmasaq, dövlətlərarası dostluq adı altında milli maraqlarımızı qorumağı bacarsaq, mənəviyyatımızı yüksək səviyyədə saxlasaq, milli müstəqillik, mülli təhlükəsizlik və strateji milli istihbaratın çağırışları ilə döyüş ruhumuzu yüksək saxlasaq o zaman kimsə bizim coğrafiyada, bizim sərhədlərdə planlar qura bilməyəcək.

*

Tarix kimi, dastan kimi Atatürk,
Asan deyil anlamaq,
Ey Türk oğlu Türk,
Hər Türk bir parça Atatürk,
İşin onu anlamaq.

Günün Diğer Haberleri